×
A
A
A
Sazlamalar

Niderlandda Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə poçt markaları buraxılıb

Haaqa, 17 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunub. “Şuşa ili” çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi, eləcə də Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ölkəmizin hüdudlarından kənarda -Niderland Krallığında da silsilə tədbirlərlə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Niderland Krallığındakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın şəkli əks olunan Niderland Poçt Şirkəti tərəfindən xüsusi poçt markaları dövriyyəyə buraxılıb. Poçt markasının üzərində “Xurşidbanu Natavan-190 Qarabağ şahzadəsi” yazılıb.
Səfirlik və Poçt Xidməti Şirkəti arasında əldə olunan razılığa əsasən, marka ölkənin mərkəzi və regional poçt şöbələrində istifadə ediləcək.
Həmçinin poçt markası filatelistlər tərəfindən böyük maraqla qarşılanıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa 

Mədəniyyət 2022-06-17 11:35:00