×
A
A
A
Sazlamalar

YARAT-da “Big in Japan” pyesinin oxunuşu keçiriləcək

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 22-də və 28-də YARAT Müasir İncəsənət Mərkəzində tanınmış dramaturq İsmayıl İmanın 2020-ci ildə yazdığı və artıq bir çox dramaturgiya festivallarında və müsabiqələrində iştirak edən "Big in Japan" pyesinin oxunuşu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rusiyanın aparıcı teatrşünası və teatr tənqidçisi Pavel Rudnev pyesi 2019/2020-ci il mövsümünün ən yaxşı əsərlərinin siyahısına daxil edib.
“Big in Japan” – sualların çox, lakin cavabların az olduğu, dünyanın köhnə, yastı dam ölçüsünə qədər daraldığı, böyüməyin, böyük həyata ağrılı və qaçılmaz şəkildə adlamaq haqqında hekayədir.
Pyesin oxunuşunda tanınmış aktyorlar və teleaparıcılar iştirak edəcək.
Oxunuş iyunun 22-də Azərbaycan, iyunun 28-də isə rus dilində keçiriləcək.

 

Mədəniyyət 2022-06-17 11:17:00