Milli Dram Teatrının aparıcı səhnə ustası beynəlxalq festivalın mükafatına layiq görülüb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Qızıl Femi” festivalının “Ən yaxşı bədii aktyor” nominasiyasında əsas mükafata layiq görülüb.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Məlumata görə, “Qızıl Femi” mükafatının təqdimat mərasimi 63 ölkədə yayımlanıb.
Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova edib.
Sabir Məmmədov "Qızıl Femi" mükafatına Cəlaləddin Qasımovun "Edam günü" tammetrajlı bədii filmindəki baş rola görə layiq görülüb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir