×
A
A
A
Sazlamalar

Musiqi məktəbinin “Şuşa İli”nə həsr olunmuş hesabat konserti olub

Bakı, 16 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi “Şuşa İli”nə həsr olunmuş hesabat konsertini təqdim edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Baş İdarənin rəisi İbrahim Əliyev, uşaq musiqi və incəsənət məktəblərinin direktorları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini solo və ansambl şəklində səsləndiriblər. Konsert proqramı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, şagirdlərin əksəriyyəti tədris ili boyu respublika və beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil ediblər.

Mədəniyyət 2022-06-16 17:46:00