×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Əsgərov Sahib Abbasəli oğlu
Xəlilov Zaur Bəhmən oğlu
İsayev Elçin Həmid oğlu
Qədirova Nuriyə Baba qızı
Nəbiyeva Mahirə Əmir qızı

“Əməkdar tibb işçisi”

Abbasova Yəmən Məmməd qızı
Əliyeva Rəsmiyyə Calal qızı
Həziyeva Amalya Humay qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2022-ci il

Sərəncamlar 2022-06-16 16:59:00