×
A
A
A
Sazlamalar

İnformasiya təhlükəsizliyinin monitorinqi sistemlərinin analizi aparılıb

Bakı, 16 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında böyük elmi işçi Könül Daşdəmirovanın “İnformasiya təhlükəsizliyinin monitorinqi (İTM) sistemlərinin analizi” mövzusunda təqdim etdiyi məruzə ətrafında müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
K.Daşdəmirov qeyd edib ki, internet şəbəkəsinin və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı insan fəaliyyətinin bütün sahələrinə təsir edən informasiya mühitinin formalaşmasına səbəb olur. İnformasiyanın emalı, ötürülməsi və yığılmasının müasir metodları məlumatların itirilməsi, təhrif edilməsi və açıqlanması ilə bağlı təhlükələrin yaranmasına gətirib çıxarır, kompüter şəbəkələri daim müxtəlif dərəcəli kibertəhdidlərə məruz qalır.
Məruzəçi İTM sistemlərinin kateqoriyaları haqqında da məlumat verib, tədqiqatın nəticələrindən söz açıb. Bildirib ki, analiz nəticəsində təhlükəsizliyin pozulması ilə bağlı hadisələrə, aşkar edilmiş insidentlərə tez reaksiya verilməsi üçün qərar qəbulunun operativliyinin təmin olunması müəyyən edilib.
Sonda suallar cavablandırılıb.

Texnologiya 2022-06-16 15:43:00