×
A
A
A
Sazlamalar

Mayda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin mayında Azərbaycana idxal olunan avtomobillərin sayı 5325 ədəd, dəyəri isə 75 milyon 551 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 54-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4834-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 408-i yük daşımaq üçün, 29-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Nəqliyyat 2022-06-16 12:54:00