×
A
A
A
Sazlamalar

Sürücüyə hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb

Bakı, 16 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə iyunun 12-də “Mercedes” markalı avtomobildə sərnişin olan paytaxt sakini Ə.Bəbirova hədə-qorxu gələn sürücünün ondan içərisində 300 manatı olan pulqabısını alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Ağsu rayon sakini C.Əhmədov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 

Hadisə 2022-06-16 11:27:00