×
A
A
A
Sazlamalar

Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-sinin açılması təmin olunub

Bakı, 15 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) iyunun 14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

 

Hadisə 2022-06-15 11:21:00