ABŞ-ın Miqrasiya və Gömrük Polisi Xocalı soyqırımının törədilməsində günahlandırılan Ermənistan vətəndaşını deportasiya edib
Vaşinqton, 14 iyun, AZƏRTAC
1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilməsi soyqırımın təşkilində günahlandırılan (erməni əsgərlərin cəlb olunması və silahla təmin edilməsi) İran əsilli Ermənistan vətəndaşı Viqen Patatanyan ABŞ-dan deportasiya edilərək Ermənistana göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Miqrasiya və Gömrük Polisinin (İCE) İcra və Gömrük Əməliyyatları İdarəsi (ERO) məlumat yayıb. Məlumatda qeyd olunub ki, Xocalı soyqırımı nəticəsində azərbaycanlı 613 dinc sakin öldürülüb, 150 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Miqrasiya və Gömrük Polisinin İcra və Gömrük Əməliyyatları İdarəsi ABŞ sərhədlərinin daxilində və hüdudlarından kənarda ABŞ immiqrasiya qanunlarının icrasını təmin edir. ERO ABŞ-ın milli təhlükəsizliyinə təhlükə olan, ictimai təhlükəsizliyə şərait yaradan və ya immiqrasiya sisteminin bütövlüyünü digər formalarda pozan şəxslərə qarşı immiqrasiya qanununun tətbiqi üçün fəaliyyət göstərən ən mühüm qurumlardan biridir.
AZƏRTAC-ın Vaşinqton bürosu
Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bolqarıstan mediasında materiallar dərc olunub
Pakistanda Anım Günü ilə bağlı tədbir keçirib
Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək
Azərbaycan və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər