×
A
A
A
Sazlamalar

Formula 1 yarışları ərəfəsində iş günlərində metrodan istifadə edənlərin sayı 50-55 min artıb

Bakı, 14 iyun, AZƏRTAC

Bakı metropoliteni iyunun 10-12-də paytaxtımızda təşkil edilmiş Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər edib.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar əlavə işçi qüvvəsi ayrılmaqla stansiyalarda növbətçilik təşkil olunub. Sərnişin axınının əsas istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarların xətlərə buraxılması diqqətdə saxlanılıb. Həftə ərzində sərnişinlərin Bakı metropolitenindən istifadəsində artım qeydə alınıb.
Formula 1 yarışının keçirildiyi ötən həftənin daha əvvəlki dövrlə müqayisəsinə əsasən, orta statistik hesabla, iş günləri ərzində 50-55 min, istirahət günlərində isə 20-25 min sərnişin artımı müşahidə olunub.

Nəqliyyat 2022-06-14 18:56:00