×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Daşkəsən sakininin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Samux rayon sakinin ölməsi ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Samux rayon sakini 1982-ci il təvəllüdlü Mahir Səfərovun ölməsi faktı ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Hadisə 2022-06-14 16:44:00