×
A
A
A
Sazlamalar

Şabran rayon sakininin 900 manat məbləğində pulunu oğurlayan şəxs saxlanılıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 7-də Nəsimi rayonunda Şabran rayon sakini E.Salmanovun 900 manat məbləğində pulu soyğunçuluq yolu ilə talanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini K.Həsənov və Bakı şəhər sakini P.Abdullayeva
rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-06-14 11:45:00