×
A
A
A
Sazlamalar

Bakıxanov qəsəbəsində mağazadan noutbuk oğurlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbukun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 

Hadisə 2022-06-14 11:39:00