×
A
A
A
Sazlamalar

Zaqatalada iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 12-də saat 7 radələrində Zaqatala rayonunun Əliabad qəsəbəsində rayon sakinləri M.Bədirovun idarə etdiyi “VAZ-21063” və Ş.Əmircanovun sürdüyü “Ford” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində M.Bədirov və sərnişini Elçin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. E.Bədirov iyunun 13-də orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-06-14 10:53:00