×
A
A
A
Sazlamalar

İki avtomobildən ehtiyat hissələrini oğurlayan şəxs yaxalanıb

Bakı, 14 iyun, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə rayon ərazisində “Mack” markalı iki avtomobildən 40 min manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı təhqiqat davam edir.

 

 

Hadisə 2022-06-14 11:16:00