×
A
A
A
Sazlamalar

ABŞ-ın investorlar klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisiyalar yatırıb

Bakı, 14 iyun, AZƏRTAC

ABŞ-ın “Technovate-Sabah Mələk İnvestorlar Klubu” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisiyalar yatırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın “Technovate İnvestments” şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.
O qeyd edib ki, indiyədək startaplara 250 min dollar investisiya qoyulub. Hazırda Klub tərəfindən dəstəklənən startapların dəyəri 23 milyon dollardır.

İKT 2022-06-14 11:18:00