×
A
A
A
Sazlamalar

Yasamalda “Porsche” markalı avtomobil yolu keçən paytaxt sakinini vurub

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

 

 

Hadisə 2022-06-14 11:08:00