×
A
A
A
Sazlamalar

Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-sının açılması təmin olunub

Bakı, 14 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) iyunun 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-sının, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən üçünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarılan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 21 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Hadisə 2022-06-14 10:22:00