×
A
A
A
Sazlamalar

Dərman preparatlarının qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 13 iyun, AZƏRTAC

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu sual olunub. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Şəxsi yoxlama zamanı vətəndaşın üzərindən bəyan etmədiyi 130 ədəd “Atarax 25 mg” dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-06-13 18:13:00