×
A
A
A
Sazlamalar

Kosmik sənaye iqtisadiyyatının formalaşması məsələlərinə həsr olunmuş elmi seminar

Bakı, 13 iyun, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti hibrid formada keçirilən elmi seminarında iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin kosmik sənaye iqtisadiyyatının nümunəsində “İKT əsaslı yeni rəqəmsal iqtisadiyyat sektorlarının makro səviyyədə formalaşması tendensiyaları və inkişaf xüsusiyyətlərinin tədqiqi” mövzusunda məruzəsi ətrafında müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Qeyd olunub ki, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində kosmik tədqiqatların nəticələrinin, kosmik sənaye sahələrinin inkişafı, eləcə də kosmik tədqiqatların aparılması üçün investisiya qoyuluşlarının artırılması bu sahədə qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrdəndir.
Rəqəmsal iqtisadiyyat sektorlarına kosmik, dron, internet texnologiyaları iqtisadiyyatı, mobil sistem və texnologiyaları iqtisadiyyatı, Big Data və bulud texnologiyaları iqtisadiyyatı, e-xidmətlər iqtisadiyyatı, pilotsuz nəqliyyat iqtisadiyyatı və s. daxildir.
Kosmik sənaye iqtisadiyyatının mahiyyəti və xüsusiyyətləri barədə məlumat verən alim elm və texnikanın sürətli inkişafının respublikanın iqtisadiyyatında kosmik texnologiyalardan daha geniş miqyasda istifadə edilməsini ön plana çəkdiyini deyib. Bildirib ki, kosmik iqtisadiyyat yüksək texnologiyalar əsasında kosmosun fəthinə yönəlmiş ən yeni kosmik sənaye texnologiyaları vasitəsilə kosmik və yerüstü, yeraltı resursların iqtisadi potensialını formalaşdırmaq, onlardan səmərəli istifadə etməkdir. Kosmik resurslar və vasitələrlə yeni iqtisadi modelin yaradılması və mövcud iqtisadiyyatın inkişaf etdirilməsidir. Kosmik sənaye avadanlığının, o cümlədən dronların istehsalı və tətbiqi nəticəsində yeni iqtisadi sektorun yaradılmasıdır.
Sonra dosent Ə.Əliyev kosmik iqtisadiyyatla bağlı ölkədəki ümumi vəziyyət haqqında söhbət açıb və sualları cavablandırıb.

 

Texnologiya 2022-06-13 16:43:00