Xırdalanda avtobusda qadının çantasından 3200 manat məbləğində pul oğurlayan şəxs saxlanılıb
Bakı, 13 iyun, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyənləşdirilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
FHN: Dənizdə batmış şəxsin axtarışları davam edir
Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Nizami rayonunda evdən yeddi velosiped, Yasamal rayonunda isə pul və məişət əşyaları oğurlanıb