×
A
A
A
Sazlamalar

Nizami rayonunda bank hesabından pul oğurlayan keçmiş məhkum yaxalanıb

Bakı, 13 iyun, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə iyunun 6-da Bakı şəhər sakini Ə.Əliyevin bank hesabından 1080 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfi müəyyənləşdirilərək saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

 

Hadisə 2022-06-13 14:55:00