×
A
A
A
Sazlamalar

Sabahdan 206 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 14-dən “Bus Trans” MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəsəbəsi – “Elmlər Akademiyası” metro stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Nəqliyyat 2022-06-13 14:50:00