Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə iyunun 9-na keçən gecə rayon ərazisindəki otellərin birində əcnəbi vətəndaşın 1970 manatı pulunun və 100 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən təhqiqat davam edir.
İki rayonun əkin yerlərində və meşə massivində yanğınlar tam söndürülüb
Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub
Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb