Sabunçu rayonunda keçmiş məhkumda odlu silah aşkarlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Sabunçu rayonunda keçmiş məhkumda odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Əziz Nurullayevdən “Kalaşnikov” markalı avtomat silahı, altı ədəd patron və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat davam edir.
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib