×
A
A
A
Sazlamalar

Paytaxt sakininin avtomobilinə sərnişin qismində əyləşən şəxs onun mobil telefonunu alaraq qaçıb

Bakı, 13 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə iyunun 11-də Bakıxanov qəsəbəsində Bakı şəhər sakini N.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-06-13 13:13:00