×
A
A
A
Sazlamalar

Xəzər rayonunda evdən beş min manat pul oğurlanıb

Bakı, 13 iyun, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə iyunun 10-da Buzovna qəsəbəsindəki evlərin birindən beş min manat pulun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı təhqiqat davam edir.

Hadisə 2022-06-13 13:01:00