Qusar rayonunda narkotik vasitə qəbul edən sürücü saxlanılıb
Bakı, 13 iyun, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi və Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qusar rayon sakini Elbrus Mürşüdovun idarə etdiyi “Mercedes” markalı avtomobil Zarat kəndi ərazisində yerləşən stasionar postda saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.
Polis əməkdaşları avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və marixuana da aşkarlayaraq götürüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub
Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb
Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub