×
A
A
A
Sazlamalar

Yardımlı rayon sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 13 iyun, AZƏRTAC

Yardımlı rayon sakini 1982-ci il təvəllüdlü Sərhad Sultanovun iyunun 11-i saat 13 radələrində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Yardımlı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Yardımlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma idarəsində gözətçi işləyən Sərhad Sultanovun Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Hadisə 2022-06-13 11:52:00