×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsində avtomobil piyadanı vurub

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 12-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şəki şəhər sakini M.Səmədov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Seymur Quluzadəni vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqat davam edir.

 

 

Hadisə 2022-06-13 11:25:00