Qaradağ rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 1 nəfər isə xəsarət alıb
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 12-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.İsmayılzadənin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini E.Quliyevin sürdüyü “Ford” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib