Respublikanın daxili işlər orqanları həftə sonu törədilmiş 125 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 13 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) iyunun 11-də və 12-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları həftə sonu törədilmiş 125 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 68, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 113 nəfər saxlanılıb.
FHN: Yevlaxda yataqxana binasında baş vermiş yanğın söndürülüb
FHN: Babadağ dağında həlak olan şəxsin cəsədi tapılıb
FHN: Yevlax şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib
FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir