İtaliyalı mütəxəssis Andrea Pirlo məşqçilik karyerasını Türkiyədə davam etdirəcək
Bakı, 13 iyun, AZƏRTAC
İtaliyalı mütəxəssis Andrea Pirlo məşqçilik karyerasını Türkiyədə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 43 yaşlı çalışdırıcı Super Liqa təmsilçisi “Fatih Karagümrük” klubuna baş məşqçi təyin olunub.
Mütəxəssisin təyinatı barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqavilənin müddəti ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, Pirlonun son iş yeri 2020/2021-ci il mövsümündə rəhbərlik etdiyi “Yuventus” olub.
Nəsimi rayonunda Beynəlxalq Gənclər Günü münasibətilə gənclərlə görüş olub
İslamiada: 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib
Bu gün üç cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Turan Əliyev Avropa birinciliyində 3 medal qazanıb
İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb