Bəxtiyar Soltanov: Bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik
Bakı, 13 iyun, AZƏRTAC
Turnirin ən yaxşı oyunçusu olacağımı gözləmirdim. Həm çempionatın qalibi olmaq, həm də turnirin ən yaxşı oyunçusu seçilmək mənə ikiqat sevinc verir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının oyunçusu Bəxtiyar Soltanov söyləyib.
“Finaldakı rəqib altıqat Avropa çempionu idi. Lakin oyunun məsuliyyətini hiss edirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün oyunçularımız qalib olmaq üçün çox əziyyət çəkdilər. Qarşıda da yarışlarımız olacaq. Bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik”, - deyə B.Soltanov qeyd edib.
Ağır atletika üzrə idmançımız İslamiadada mübarizə aparıb
Samir Əliyev: Qol epizodlarını dəyərləndirə bilsəydik, hesab fərqli olardı
Qadın güləşçimiz Elnurə Məmmədova V İslamiadada bürünc medala sahib olub
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Nəsimi rayonunda Beynəlxalq Gənclər Günü münasibətilə gənclərlə görüş olub