Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb
Bakı, 12 iyun, AZƏRTAC
“Alpine” komandasının pilotu Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, ispaniyalı pilot Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.
İspaniyalı pilot Formula 1-də 2001-ci ilin martında debüt edib. “Renault”, “McLaren” və “Ferrari” komandalarının sabiq sürücüsü Azərbaycan Qran-Prisində 21 il 3 ay və 8 gününü tamamlayıb.
Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş yeddiqat dünya çempionu Mixael Şumaxerə məxsus idi.
Qeyd edək ki, F.Alonso ikiqat dünya çempionudur.
Mixal Bilek: Bizi evdə daha ağır oyun gözləyir
Qurban Qurbanov: Cavab oyununda daha çox güc sərf etməliyik
Güləşçimiz dünya çempionu tituluna sahib olub
UEFA Çempionlar Liqası: “Qarabağ”-“Viktoriya Plzen” komandalarının oyunu heç-heçə başa çatıb