Azərbaycan Qran-Prisinin qalibi Maks Ferstappen: Bakı yarışı bizim üçün uğurlu alındı
Bakı, 12 iyun, AZƏRTAC
Ötən il Formula 1 Azərbaycan Qran-Prisi mənim üçün uğursuz oldu. Son anda qələbəni əldən verdim. Ancaq bu gün azarkeşlər gözəl yürüşün şahidi oldular.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen deyib.
“Ferrari” komandasının pilotlarının mübarizəni erkən dayandırmalarının işlərinə yaradığını bildirən M.Ferstappen deyib: “Biz rəqiblərə nisbətən daha sürətli idik. Bakı yarışı bizim üçün uğurlu alındı, çünki komandamız qələbə dubluna imza atıb. Növbəti yarış – Kanada Qran-Prisi haqqında danışmaq çətindir. Hər yarış digərindən fərqli və özəl olur.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb.
AFFA prezidenti millimizi təbrik edib
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb
Azərbaycanın futbol yığması bürünc medal ilə mükafatlandırılıb