×
A
A
A
Sazlamalar

“Red Bull Racing” komandası Bakıda qələbə dubluna imza atıb

Bakı, 12 iyun, AZƏRTAC
“Red Bull Racing” komandası Formula 1 Azərbaycan Qran-Prisində qələbə dubluna imza atıb.
AZƏRTAC xəbər verir ki, Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı mərhələsində Avstriya komandasının hər iki pilotu podiumda yer alıb. Belə ki, Maks Ferstappen yarışın qalibi olsa da, onun komanda yoldaşı Serxio Peres yürüşü ikinci pillədə tamamlayıb. Bu, komandanın cari mövsümdə üçüncü belə uğurudur. Komanda tarixində 20 dəfə qələbə dublu sevinci yaşayıb.
Qeyd edək ki, ilk üçlüyü “Mercedes”in pilotu Corc Rassel qapayıb.

İdman 2022-06-12 17:29:00