×
A
A
A
Sazlamalar

Azərbaycan Qran-Prisində ən yaxşı dövrə “Red Bull Racing” komandasının pilotu Serxio Peresə məxsusdur

Bakı, 12 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisində ən yaxşı dövrə “Red Bull Racing” komandasının pilotu Serxio Peresə məxsusdur.
AZƏRTAC xəbər verir ki, meksikalı pilot dövrəni 1 dəqiqə 46,046 saniyəyə qət edib. Onun bu uğuru 36-cı dövrəyə təsadüf edib.
Qeyd edən ki, yarışın qalibi “Red Bull Racing” komandasının digər pilotu niderlandlı Maks Ferstappen olub. S.Peres yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü “Mercedes”in pilotu Corc Rassel tamamlayıb.

İdman 2022-06-12 17:21:00