×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisində “Bakı sindromu” davam edir

Bakı, 12 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisində “Bakı sindromu” davam edir.
AZƏRTAC xəbər verir ki, Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər. “Bakı sindromu” bu il də davam edib. Belə ki, “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen ilk dəfə Bakı şəhər halqasında birinci olub.
Azərbaycan Formula 1 yarışlarına altıncı dəfə ev sahibliyi edib. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

İdman 2022-06-12 16:53:00