×
A
A
A
Sazlamalar

Formula 1: Azərbaycanın ən gənc “Ferrari” fanatının arzusu gerçəkləşib

Bakı, 12 iyun, AZƏRTAC

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi artıq altıncı ildir xarici və yerli azarkeşlərin diqqət mərkəzindədir. Hər il minlərlə azarkeş sevimli komandalarına dəstək olmaq və mövsümün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yürüşünün həyəcanını birbaşa yaşamaq üçün buraya səfər edir.
AZƏRTAC xəbər verir ki, bu il isə onların arasında Azərbaycanın ən balaca Formula 1 fanatı var. Səkkiz yaşlı Rafət ailəsi ilə birlikdə Saatlıda yaşayır və dostlarının arasında “Ferrari” komandasının pilotu Şarl Leklerin fanatı kimi tanınır. Ş.Leklerin iştirak etdiyi bütün yarışları izləyən balaca Rafət hətta o yarışları şərh edir.
Bu gün nəhayət ki, son üç gün ərzində yarışı canlı izləyən Rafətin ən böyük arzusu gerçəkləşib. O, Şarl Lekler ilə görüşüb və öz kumiri olan “Ferrari pilotu ilə şəkillər çəkdirib.

İdman 2022-06-12 16:38:00