Formula 1 Azərbaycan Qran-Prisində daha bir pilot yarışla erkən vidalaşmalı olub
Bakı, 12 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisində bolidinin mühərrikində yaranan texniki nasazlıq səbəbindən mübarizəni dayandıran pilotlardan biri də Kevin Maqnussendir.
AZƏRTAC xəbər verir ki, “Haas” komandasının danimarkalı sürücüsü 33-cü dövrədə yarışı erkən başa vurmalı olub.
Bununla da mübarizəni dayandıran pilotların sayı 4-ə çatıb. Belə ki, “Ferrari” komandasının pilotları Karlos Sayns 9-cu, Şarl Lekler 20-ci, “Alfa Romeo”nun sürücüsü Cou Quanyu 23-cü dövrələrdə yarışı tərk ediblər.
Formula 1 Azərbaycan Qran-Prisində hər birində iki pilot olan 10 komanda mübarizə aparır.
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Nəsimi rayonunda Beynəlxalq Gənclər Günü münasibətilə gənclərlə görüş olub
İslamiada: 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib