×
A
A
A
Sazlamalar

Azərbaycan Qran-Prisində yarışı tərk edən pilotların sayı üçə çatıb

Bakı, 12 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisində yarışı tərk edən pilotların sayı üçə çatıb.
AZƏRTAC xəbər verir ki, “Ferrari” komandasının sürücülərindən sonra “Alfa Romeo”nun pilotu Cou Quanyu da 23-cü dövrədə boliddə yaranan texniki nasazlıq səbəbindən yarışı tərk edib.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi “Ferrari” komandası üçün vaxtından əvvəl başa çatıb. Bu komandanın pilotları Karlos Sayns 9-cu, Şarl Lekler isə 20-ci dövrələrdə mübarizəni dayandırıblar.

 

İdman 2022-06-12 16:00:00