×
A
A
A
Sazlamalar

Formula 1: “Ferrari”nin digər pilotu Şarl Lekler də yarışı davam etdirə bilməyib

Bakı, 12 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisi “Ferrari” komandası üçün erkən başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu komandanın digər pilotu Şarl Lekler də yarışda mübarizəni dayandırıb. Qran-Prinin 20-ci dövrəsində monakolu pilotun bolidinin mühərrik hissəsində tüstülənmə baş verib.
Xatırladaq ki, yarışın 9-cu dövrəsində bu komandanın ispaniyalı pilotu Karlos Saynsın da bolidində texniki problem yarandığından o yarışı tərk edib.

İdman 2022-06-12 15:53:00