×
A
A
A
Sazlamalar

“Atletika hamı üçün” tədbiri keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

“İdman hamı üçün” layihəsi çərçivəsində, bu gün Bakıda “Atletika hamı üçün” tədbiri keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirə qoşulan 100-dən çox iştirakçı yerindən uzunluğa tullanma, tibbi topun atılması (uşaqlar 1 kq, qadınlar 2 kq, kişilər 3 kq), 30 metr məsafəyə qaçış proqramlarında öz qüvvələrini yoxlayıblar. Həmçinin uşaqlar “vorteks atışı”nda, ailələr isə estafet yarışında da özlərini sınayıblar.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd, atletika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

İdman 2022-06-12 15:09:00