×
A
A
A
Sazlamalar

Formula 2: “MP Motorsport” komandası və pilot Felipe Druqoviç liderliklərini möhkəmləndiriblər

Bakı, 12 iyun, AZƏRTAC
Formula 2 Azərbaycan Qran-Prisinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər halqasında keçirilən altıncı mərhələdə “MP Motorsport” komandası və pilot Felipe Druqoviç liderliklərini möhkəmləndiriblər. Belə ki, braziliyalı pilot 132, Niderland komandası isə 154 xalla liderliklərini davam etdirirlər.
Növbəti Formula 2 yarışı iyulun 1-3-də İngiltərədə təşkil olunacaq.
On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq.

İdman 2022-06-12 14:01:00