×
A
A
A
Sazlamalar

İran mətbuatı Bakıda keçirilən Formula 1 yarışlarından yazır

Tehran, 12 iyun AZƏRTAC

İran mətbuatı Bakıda keçirilən Formula 1 yarışlarını diqqətdə saxlayıb.
AZƏRTAC xəbər verir ki, İranın “irib.news”, “khodrobank”, “qafqaz.ir”, “parsfootbail”, “mehrnews”, “Nasrnews” kimi internet resurslarında Formula 1 yarışları haqqında materiallar yazılıb, foto və video xəbərlər dərc edilib.
Materiallarda qeyd olunur ki, Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində dünyada məşhur olan Formula 1 yarışları artıq 5-ci dəfədir keçirilir. Şəhərin mərkəzi küçələrində 6003 kilometrlik yolu sürətlə qət edən Sebastian Fettel, Lewis Hamilton, Maks Verstepen, Daniel Ricardo kimi dünyanın tanınmış pilotları qələbə qazanmağa can atırlar.
Nəzərə çatdırılıb ki, Azərbaycan bütün dünyada həyəcanla izlənilən bu yarışları yüksək səviyyədə təşkil edib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

İdman 2022-06-12 13:46:00