×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinin kuboku Şuşanın 270-ci ildönümünə həsr olunub VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunacaq kubok fərqli dizaynı ilə seçilir.
AZƏRTAC xəbər verir ki, zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.
Yarışın rəsmi mükafatı, həmçinin ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Qeyd edək ki, kubok iyunun 12-də final yarışından sonra qaliblərə təqdim olunacaq.

İdman 2022-06-12 10:17:00

Video