×
A
A
A
Sazlamalar

Norveç - Azərbaycan futbol oyununu Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək

Bakı, 12 iyun, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 14-də, saat 20:00-da Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç - Azərbaycan oyununun hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yarışı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Luka Bilbiya olacaq. Ona Goran Dujak, Amer Maciç kömək edəcəklər.
Dördüncü hakim vəzifəsini isə Antoni Bandiç yerinə yetirəcək.

İdman 2022-06-12 05:26:00