×
A
A
A
Sazlamalar

İyirmi üç yaşadək qadın və kişi cüdoçular arasında keçirilən Bakı şəhər çempionatı başa çatıb

Bakı, 11 iyun, AZƏRTAC

U-23 qadın və kişi cüdoçular arasında cüdo üzrə Bakı şəhər çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, yekun nəticələrə görə, kişilər arasında Rəşad Məmmədov (60 kq), Sabir İsmayılov (66 kq), Vilayət Cəlilli (73 kq), Rəşid Məmmədəliyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq), Camal Feyziyev (+100 kq) qalib olublar.
Qadınların yarışında isə Fəridə Mirzəyeva (48 kq), Vüsalə Kərimova (52 kq), Rəmziyyə Hüseynova (57 kq), Sevda Nəbiyeva (63 kq), Zeynəbxanım Əsəbova (70 kq), Günel Quliyev (78 kq) çempion adına layiq görülüblər.
Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarış Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunub. Turnirdə, ümumilikdə 14 çəki dərəcəsində 330 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Çempionatın qalibləri iyulun 12-14-də keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

İdman 2022-06-11 22:44:00